Ana səhifə›Bloq›«Bir nəfər qalıb, gəl otur, çıxırıq»

«Bir nəfər qalıb, gəl otur, çıxırıq»

Dayanacağın ən köhnə kələyi və ona son qoyan iki şey: təsdiqli yer və açıq qiymət.

Kələk necə işləyir

Dayanacaqda sürücü qışqırır: «Bir nəfər qalıb, gəl otur, çıxırıq!» Oturursan, məlum olur ki, maşında səndən başqa heç kim yoxdur. «İndi dolacaq» deyə-deyə yarım saat, bir saat gözləyirsən.

Bu kələk ona görə işləyir ki, sərnişinin əlində heç bir məlumat yoxdur: nə maşının neçə yerinin dolu olduğunu görür, nə yola çıxış vaxtını bilir.

Təsdiqli yer

Səfərdə elan açıq kartla oynayır: neçə yer var, neçəsi dolub, yola çıxış saat neçədədir. Hamısı elandadır. Yerinizi bron edəndə o yer SİZİNDİR, təsdiqi telefonunuzdadır.

Sürücü də sizi görür: kim bron edib, hansı yerə, haradan minəcək. «Bəlkə gəldi» sərnişinini gözləmək əvəzinə, konkret adamları konkret vaxtda götürür.

Açıq qiymət

İkinci köhnə problem yolda dəyişən qiymətdir. Elandakı qiymət son qiymətdir: bron etdiyiniz andan qiymətiniz dondurulur və arta bilməz.

Daha aşağı qiymət istəyirsinizsə, sürücüyə öz təklifinizi göndərə bilərsiniz. Qəbul etsə, bron həmin qiymətə açılır. Danışıq da sistemin içindədir, dayanacaq mübahisəsi yox.

15 avqust 2026