Bütün Azərbaycan üzrə şəhərlərarası səfər

Şəhərlərarası yol, sizin qaydalarınızla

Sərnişin maşının salonunu görüb oturacağını seçir. Sürücü elanını öz qiyməti ilə verir. Səfər ikisini bir tətbiqdə görüşdürür.

Ağ sedan: Səfər ilə şəhərlərarası yol
Yer 2 seçildi25 ₼ · pəncərə kənarı
Sürücü yoldadırcanlı xəritədə izləyin
Bütün AzərbaycanBakıdan Zaqatalaya, Qubadan Lənkərana
Yer başına qiymətHər oturacağın öz qiyməti, sürpriz yoxdur
Canlı xəritəMaşın yola çıxandan sonra hərəkəti görünür
SMS ilə bağlamaAlıcıya təhvil kodu və izləmə linki gedir
Necə işləyir

Üç addım: axtar, yerini seç, yola çıx

01

Səfəri tapın

Haradan, haraya və nə vaxt gedəcəyinizi seçin. Uyğun elanlar qiymətləri ilə qarşınızdadır.

02

Yerinizi seçin

Salon xəritəsində boş yerləri görürsünüz. Dolu yerlərdə qonşunun yalnız cinsi göstərilir, ad göstərilmir.

03

Rahat gedin

Sürücü ilə görüş nöqtəsində tapışırsınız. Zəng tətbiqin içindən, mövqe canlı xəritədən izlənilir.

Üstünlüklər

Səfəri fərqli edən nədir?

Oturacaq xəritəsi

Maşının salonu öncədən göz önündədir: hansı yer boşdur, yanınızda kim oturur. Məxfilik üçün yalnız cins ikonu görünür.

Yer başına qiymət

Qiyməti sürücü qoyur və hər oturacaq üçün ayrıca göstərilir. Elandakı rəqəmdən artıq ödəməzsiniz.

Qiymət təklifi

Elandakı qiymət sərt deyil: öz təklifinizi göndərin. Sürücü qəbul edən kimi yeriniz təsdiqlənir.

Qapıdan götürmə

Sürücü razıdırsa, sizi ünvandan götürür. Haqq xəritə üzrə real məsafə ilə hesablanır, saat öncədən bildirilir.

Bağlama göndərişi

Yer tutmadan bağlama göndərin. Alıcıya SMS ilə 4 rəqəmli təhvil kodu və canlı izləmə linki çatır.

Tətbiqdaxili zəng

Sürücü, sərnişin və dispetçerlə tətbiqin içindən danışın. Nömrəniz qarşı tərəfə açılmır.

Populyar marşrutlar

Hara gedirsiniz?

Sürücülər üçün

Sükan sizdədirsə, qərar da sizdədir

Qiyməti siz qoyursunuzYer, seqment və bağlama tarifləri sizindir. Sistem yalnız təklif edir, son söz sizdə qalır.
Bir toxunuşla təkrar elanMarşrut yaddaşı qiymətləri və görüş nöqtələrini özü doldurur. Hər gün eyni rəqəmləri yazmırsınız.
Bağlama ilə əlavə qazancBoş baqaj pul gətirir: çəkiyə görə tarifi qoyun, sorğular tətbiqə gəlsin.
Tələb bildirişiMarşrutunuzda sərnişin səfər tapmayanda sizə xəbər gedir. Elanı verirsiniz, sərnişin hazırdır.
Ətraflı: sürücülər üçün
Səfər tətbiqində sürücü profili ekranı
Etibar

Arxanızda canlı komanda var

Təsdiqlənmiş sürücülər

Sənədləri yoxlanılan sürücülər elanda xüsusi nişanla görünür. Reytinq və rəylər hər sürücünün kartındadır.

Canlı dispetçer

Səfər sadəcə tətbiq deyil: ofisimiz və dispetçer xidmətimiz var. Problemi telefonla, canlı adamla həll edirsiniz.

Rahat yer seçimi

Yer seçəndə qonşunun cinsini görürsünüz. Xanımlar üçün bu, sadə amma vacib rahatlıqdır.

Suallar

Ən çox verilən suallar

Ödəniş necə olur?

Yol haqqını sürücüyə səfər zamanı ödəyirsiniz. Bron şərtləri hər elanda açıq göstərilir, gizli haqq yoxdur.

Qiyməti kim qoyur?

Sürücü. Elandakı qiymətdən artıq ödəməzsiniz. İstəsəniz daha aşağı qiymət təklif edə bilərsiniz: sürücü qəbul etsə, yer o qiymətə sizindir.

Yanımda kim oturacaq?

Yer xəritəsində dolu oturacaqlarda qonşunun yalnız cinsi görünür. Ad və şəxsi məlumat göstərilmir.

Bağlamanı necə göndərim?

Səfəri seçib bağlama sorğusu göndərirsiniz. Sürücü qəbul edəndə alıcıya SMS ilə təhvil kodu və canlı izləmə linki gedir. Alıcıya tətbiq lazım deyil.

Sürücü olmaq üçün nə lazımdır?

Tətbiqi yükləyin, «Sürücüyəm» seçin, maşınınızı əlavə edin. İlk elanınız bir neçə dəqiqəyə hazırdır.

Bütün suallara bax

Yol sizi gözləyir

Tətbiqi yükləyin, ilk səfərinizi bu gün planlayın. Yerinizi seçin, qalanını Səfər həll etsin.

QR kod: sefer.az/appTelefonla skan edinsefer.az/app