Sürücü saatlarla küçədə gözləyir, cərimə isə günün qazancını yeyir. Tətbiqimiz bunu dəyişir.
Şəhərlərarası işləyən sürücü müştərini haradan tapır? Küçədən. Görünmək üçün maşını hərəkətli yerdə saxlamalısan: avtovağzalın qabağı, metro çıxışı, bazar qarşısı.
Həmin yerlərin çoxunda isə dayanma-durma qadağandır. Nəticə: sürücü ya müştərisiz qalır, ya cərimə yeyir. Bir cərimə bəzən bütün günün qazancını aparır, üstəlik evakuator riski də var.
Səfərdə sürücü səfəri əvvəlcədən dərc edir: marşrut, yola çıxış vaxtı, yer başına qiymət. Sərnişin onu küçədə yox, tətbiqdə tapır.
Yerlər tətbiqdən bron olunur. Kimin gələcəyi, hansı yerə oturacağı, haradan minəcəyi əvvəlcədən bəllidir, «bəlkə dolacaq» gözləməsi yoxdur.
Sürücü yola çıxış vaxtına qədər öz işindədir, küçədə deyil. Qadağan olunmuş yerdə saxlamağa səbəb qalmır, cərimə riski olmur.
Daimi marşrutu olan sürücü üçün təkrar elan bir toxunuşdur: «Təkrarla» düyməsi keçən səfərin qiymətlərini və nöqtələrini yadda saxlayır.
15 avqust 2026