Ana səhifə›Bloq›Səfər tapmaq üçün saatlar niyə itir?

Səfər tapmaq üçün saatlar niyə itir?

Zənglər, gözləmə, «dolanda çıxacağıq»... Axtarışın özü yol qədər vaxt aparır.

Tanış mənzərə

Rayona getmək istəyirsən. Ya avtovağzala gedib maşın axtarırsan, ya tanış sürücülərə bir-bir zəng edirsən: «Bu gün gedirsən? Saat neçədə? Yer var?»

Cavablar da həmişə eynidir: «Dolanda çıxacağıq». Saat bilinmir, qiymət yerində deyilir, planını qura bilmirsən. Axtarışın özü bəzən yolun özü qədər vaxt aparır.

Dəqiqələrə enən axtarış

Səfərdə marşrutu və tarixi seçirsiniz, qarşınıza mövcud elanlar çıxır: yola çıxış saatı, yer başına qiymət, maşın, sürücünün yaşı və reytinqi.

Müqayisə edirsiniz, yerinizi seçirsiniz, bron edirsiniz. Beş dəqiqəlik işdir və evdən çıxmadan görülür.

Vaxt hamı üçün bəllidir

Yola çıxış vaxtı elanda yazılıb və sürücü onu təkbaşına erkənə çəkə bilməz. Bu, sistemin qaydasıdır. Görüş nöqtəsi də əvvəlcədən bəllidir: hansı dayanacaq, hansı saat.

Səfər tapılmayanda da əliboş qalmırsınız: axtarışınız marşrutda işləyən sürücülərə siqnal kimi gedir, elan verən kimi sizə xəbər gəlir.

15 avqust 2026