Şəhərlərarası yolun köhnə vərdişlərini bir tətbiqə yığdıq: aydın qiymət, seçilə bilən yer və arxada duran canlı komanda.
Azərbaycanda şəhərlərarası gediş çox vaxt telefon zəngləri, dayanacaqda gözləmə və qeyri-müəyyən qiymətlərlə işləyir. Səfər bu axını sadələşdirir: sürücü elanını öz qiyməti ilə verir, sərnişin maşının salonunu görüb oturacağını seçir, bağlaması olan isə yer tutmadan yükünü göndərir.
İki prinsipimiz dəyişməzdir. Birincisi, qiyməti sistem yox, sürücü qoyur: hər maşın, hər xidmət səviyyəsi fərqlidir və bunu ən yaxşı sürücünün özü bilir. İkincisi, məxfilik: sərnişin qonşusunun yalnız cinsini görür, telefon nömrələri tətbiqdaxili zənglərdə açılmır.
Səfər yalnız proqram deyil. Ofisimiz və dispetçer xidmətimiz var: mübahisəli hallara canlı adam baxır, *5050 xətti həftənin yeddi günü işləyir. Sənədlərini təqdim edən sürücülər yoxlamadan sonra elanlarında «Təsdiqlənmiş sürücü» nişanı daşıyır.
Platforma daşıyıcı deyil: səfərlər sürücülərlə sərnişinlər arasında qurulur, Səfər isə onların görüşdüyü, razılaşdığı və bir-birini tapdığı yerdir. Məqsədimiz sadədir: yol hər iki tərəf üçün rahat, aydın və etibarlı olsun.
Qiymət elanda, yerbəyer. Yolda sürpriz yoxdur.
Qonşunun yalnız cinsi görünür, nömrələr gizli qalır.
Dispetçer xidməti və *5050 xətti hər gün yanınızdadır.
Telefonla skan edinsefer.az/app